Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün “Mail.ru” portalı yaradılıb


2001-ci il fevralın 20-də “Port.ru” və “NetBridge”-in birləşməsi nəticəsində yaranmış şirkət 8 ay sonra “Mail.ru” adlandırılıb. “Mail.ru” pulsuz xidməti 3 il əvvəl, 1998-ci ilin oktyabrında rus mühacirlərinə məxsus Amerikanın “DataArt” şirkəti tərəfindən yaradılıb.

Bundan 1 ay sonra şirkətin internet bölməsindən “Port.ru” firması yaradılıb: poçt xidməti onun səlahiyyətində olub. Daha sonra “Port.ru”-un bütün yeni xidmətləri “Mail.ru” ticarət markası altında birləşdirilib. Hazırda portalın 40-dan çox xidməti mövcuddur.

Emil Hüseynov




20/02/13    Çap et