Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ubuntu” əməliyyat sisteminin planşetlər üçün versiyası təqdim olunub


“Canonical” şirkəti “Ubuntu” əməliyyat sisteminin planşetlər üçün versiyasını təqdim edib. Əməliyyat sistemi “Linux” nüvəsinə əsaslanır.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sistem müxtəlif ölçüdə olan planşetlər üçün nəzərdə tutulub: onu ekranının diaqonalı 6-dan 20 düymə qədər olan qurğulara quraşdırmaq mümkündür. “Ubuntu”nun xüsusiyyətləri arasında çoxməsələlik, çoxistifadəli rejim və düyməsiz idarə rejimini qeyd etmək olar.

Ekranı iki proqram arasında bölmək imkanı mövcuddur. “Ubuntu”nun planşetlər üçün nəzərdə tutulmuş ilkin versiyası fevralın 21-də çıxarılacaq. Onu “Nexus 7” və “Nexus 10” aparatlarına quraşdırmaq mümkün olacaq. Kütləvi istifadəçilər üçün nəzərdə tutulmuş “Ubuntu” əməliyyat sistemi ilə işləyən planşetlər 2014-cü ildən tez çıxarılmayacaq.

Emil Hüseynov




20/02/13    Çap et