Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” dizaynını dəyişdi


“Yahoo!” şirkəti əsas səhifəsinin dizaynını yeniləyib. Gözəçarpan yenilik "sonsuz" davam edən xəbər lentidir. Saytın sağ hissəsində yerləşən vidcetləri (hava proqnozu, valyuta kursları, “Flickr” fotoları, ad günü, qoroskop) maraqlara uyğun sazlamaq mümkündür.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Facebook” hesabı ilə “Yahoo!”-ya daxil olmuş istifadəçilər artıq dostlarının paylaşdığı məqalələri görə biləcəklər. Həmçinin əsas səhifə planşet və “ağıllı” telefonlar üçün optimallaşdırılıb.

Emil Hüseynov




21/02/13    Çap et