Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli radionu internet üzərindən canlı izləmək olacaq


"Media FM radiostansiyasını nəinki dinləmək, eyni zamanda, görmək mümkün olacaq". FM-in icraçı direktoru, Tural Əliyevin sözlərinə görə, radiostansiyanın studiyasından saytın səhifəsinə yayım təşkil edilib. Odur ki, bir sıra verilişləri həm radioda eşitmək, həm də video-formatda canlı izləmək mümkün olacaq.

Misal üçün, hal-hazırda, "Gəzməyə qərib ölkə" verilişi hər gün, saat 17:00-dan etibarən "mediafm.az" saytında yayımlanır.

Eyni zamanda, saytdan dinləyicilərlə əlaqə qurmaq üçün istifadə ediləcək. Belə ki, saytın köməkliyilə efir üçün mahnı tövsiyə etmək və ya efirdə eşidilən hər hansı mahnının adını musiqi redaktorundan dəqiqləşdirmək mümkündür. Bunun üçün, mahnının efirdə səsləndiyi vaxtı, saytın xüsusi bölməsindən, radioya göndərmək bəs edəcək.

RƏVAN




22/02/13    Çap et