Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” mesajlarında məhdudiyyət


Onsuz da 140 xarakterlə məhdud olan "Twitter" mesajları daha da qısalır. Ancaq bu məhdudiyyət bütün mesajlar üçün keçərli olmayacaq.

"ICTnews.az" elektron xəbər xidməti "mobiz.az" saytına istinadən bildirir ki, zaman-zaman mesajlarımızı sığdırmaqda çətinlik çəkdiyimiz "Twitter", 140 simvol limitini daha aşağı endirir.

URL qısaltma xidmətini yeniləyən mikrobloq şəbəkəsi şəxsi mesajlaşmada link ( keçid) göndərildiyi təqdirdə, 117 simvolluq məhdudiyyət tətbiq edəcək. "Twitter"in təqdim etdiyi məhdudiyyət bu gündən etibarən tətbiq olunur.

Emil Hüseynov




22/02/13    Çap et