Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2017-ci ilədək mobil tətbiqlərin satış həcmi iki dəfə artacaq


"Ağıllı" telefon, planşet kompüter və digər mobil cihazlara tələbatın artması istifadəçilərin "App Store", "Google Play" və digər onlayn-kataloqlardan proqram və oyunlar yükləməsinə stimul verir. "Berg Insight" analitik şirkətinin proqnozuna görə, 2017-ci ilədək mobil tətbiq yükləmələrinin sayı 108 milyardı ötəcək.

Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə bu göstərici 29,5 milyard, 2012-ci ildə isə 60.1 milyard olub.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, mobil qurğular üçün proqram təminatının satış həcmi 17% orta illik sürətlə artacaq və 2017-ci ilədək 18,6 milyard dollar təşkil edəcək. 2012-ci ilin yekununa görə bu bazarın həcmi 8,4 milyard dollar olub.

"Android" platforması üçün daha çox tətbiq yüklənilir. Tətbiqlərin sayına görə isə "App Store" (775 min) liderdir.

Emil Hüseynov




23/02/13    Çap et