Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Araşdırma: “iPhone” “Samsung”un qurğularından 3 dəfə etibarlıdır


"FixYa" populyar sual və cavab xidməti mobil qurğuların problemləri ilə əlaqədar 722 min sorğunu təhlil edərək modellərin etibarlılıq reytinqini dərc edib.

Reytinqdə birinci yerdə "etibarlılıq" şkalası üzrə 3,47 bal toplamış "Apple" şirkətinin qurğuları qərarlaşıb. "Samsung"un (1.21 bal) qurğuları ikinci olub.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Nokia"nın (0,68 bal) mobil qurğuları üçüncü, "Motorola" isə autsayder olub.

Emil Hüseynov




25/02/13    Çap et