Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Chrome 25” brauzeri istifadəyə verilib


"Google" şirkəti "Chrome" brauzerinin növbəti 25-ci versiyasını istifadəyə verib. "ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, tərtibatçılar "Chrome 25" brauzerində bir neçə yeni funksiya tətbiq ediblər.

Məsələn, proqrama daxil edilmiş səsin tanınması funksiyası "Web Speech API" əsasında işləyir. Bu xüsusiyyəti "Web Speech API Demonstration" səhifəsində sınaqdan keçirmək olar.

Bundan başqa, brauzerdə genişlənmələrin gizli quraşdırılması bloklanıb, yəni yeni genişlənmələr istifadəçidən xəbərsiz brauzerə əlavə edilməyəcək. Həmçinin brauzerin təhlükəsizliyini, məhsuldarlığını və sabitliyini artırmaq istiqamətində bir sıra təkmilləşdirmələr həyata keçirilib.

Emil Hüseynov




25/02/13    Çap et