Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şamaxı Astrofizika Rəsədxanasında Yer planetinin yaxınlığından keçən asteroid müşahidə edilib


AMEA Şamaxı Astrofizika Rəsədxanasında Yer planetinin yaxınlığından keçən "2012 DA 14" asteroidinin müşahidələri aparılıb. "ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Rəsədxanadan bildirilib ki, 16 fevral 2013-cü il tarixdə aparılan müşahidələrə görə, asteroid əvvəlcədən proqnozlaşdırılan trayektoriya üzrə hərəkət edib: "Müşahidələr asteroid "Veronikanın Saçları" bürcündə hərəkət etdiyi zaman aparılıb. "2012 DA 14" asteroidi 2012-ci ilin fevral ayında İspaniya rəsədxanalarının birində aşkarlanıb.

Sonradan onun orbit elementləri, diametri (45 metr), çəkisi (130 tona yaxın) və s. hesablanıb. Hesablamalar göstərmişdi ki, "2012 DA 14" asteroidi Yer planetinin yaxınlığından ötüb keçəcək. Sonradan məlum oldu ki, asteroid Yer planetinin belə kiçik məsafəsindən keçən (Yerlə asteroid arasındakı ən kiçik məsafə 26.7 min kilometr) məlum olanların ən böyüyüdür.

Asteroidlə Yer planeti arasında ən kiçik məsafə yerli vaxtla saat 23h 25 d təsadüf edirdi. Asteroidin sürəti ~ 7,8 km/san və ya saatda 28 min kilometrə bərabərdir. Yerlə toqquşma ehtimalı sıfıra yaxın idi".

HƏQİQƏT




25/02/13    Çap et