Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti İBM-in patentlərini alıb


“Google” şirkəti İBM şirkətindən patent paketini əldə edib. Saziş iyul ayında bağlanıb. Əldə edilmiş patentlər “Google” şirkətinin patent portfoliosunu artırıb.
Razılaşmanın qiyməti və əldə olunmuş patentlərin sayı açıqlanmayıb. "Bir çox şirkətlər kimi bəzən biz də biznesimizlə əlaqədar patent əldə edirik, " – deyə “Google” nümayəndəsi bildirib.
Qeyd edək ki, “Google” şirkəti digər şirkətlərin patentlərini əldə etmək yolu ilə öz patent portfoliosunu artırmaq cəhdlərinə daha əvvəl də təşəbbüs edib. Aprel ayında “Google” şirkəti müflisləşmiş “Nortel” şirkətinin 6000 patentini 900 milyon dollara almaq niyyətini ifadə etmişdi. Lakin 6 şirkətdən ibarət qrup “Google”-un qarşısını kəsdi, onlar “Nortel” patentləri üçün 4,5 milyard dollar təklif etdilər.
Həmin qrupa “Apple”, “Microsoft” və “Research in Motion” şirkətləri daxil idilər. ABŞ-ın patent və ticarət markaları üzrə büro bazasının məlumatlarına əsasən, “Google” şirkətinə 728 patent məxsusdur. Müqayisə üçün, “Apple” şirkətinin adına 4 mindən çox patent, “Microsoft” adına isə 18 mindən çox patent qeydə alınıb.




30/07/11    Çap et