Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

QKDK-nın yeni saytı hazırlanır


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) özünün rəsmi internet səhifəsini yeniləyəcək. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə komitənin mətbuat xidmətinin rəhbəri Çingiz Hüseynov məlumat verib.

O bildirib ki, qurumun hazırda fəaliyyət göstərən saytının (www.scs.gov.az ) yenilənməsi və daha da təkmilləşdirilməsi zərurəti yaranıb. Onun sözlərinə görə, hazırda bu istiqamətdə müəyyən işlər aparılır.

Ç.Hüseynov bildirib ki, yeni yaradılacaq saytda da informasiya məsələlərinə böyük diqqət yetiriləcək. Onun sözlərinə görə, komitədə görülən işlər, keçirilən tədbirlər və digər məsələlərlə bağlı məlumatlar saytda əks olunacaq:

«Yeni saytda da elektron xidmətlər öz əksini tapacaq. E-xidmətlər vasitəsilə hər kəs ona lazım olan xidmətlərdən maneəsiz şəkildə yararlana biləcək. Bundan başqa saytda bir sıra əlavə üstünlüklərin olması da planlaşdırılır».

SEYMUR




26/02/13    Çap et