Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa İttifaqı “5G” şəbəkəsinə 50 milyon həcmində avro ayırıb


Avropa İttifaqı beşinci nəsil şəbəkə standartının işlənib hazırlanmasına 50 milyon həcmində avro ayırıb. Bu barədə Avropa İttifaqının rəqəmli proqramlar üzrə səlahiyyətli nümayəndəsi Neeli Krus bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Neeli Krus Avropada dördüncü nəsil şəbəkə standartının yayılmasını kəskin tənqid edib: belə ki, “4G” şəbəkəsi Avropa Birliyinin 27 ölkəsindən 17-də işləmir. Yeni maliyyə yardımının məqsədi standart yaradıcılarının dəstəklənməsi və stimullaşdırılmasıdır. Bunun nəticəsi olaraq 2020-ci ilədək Avropada “5G” vahid şəbəkəsinin yaradılacağı bildirilir.

Layihəyə ayrılmış vəsaitdən 16 milyon avro artıq ötən il “Ericsson”, “Alcatel”, “BMW”, “Huawei”, “Nokia” şirkətləri, həmçinin Avropanın mobil rabitə operatorları, bir neçə tədqiqat mərkəzi və universiteti tərəfindən yaradılmış METIS Tərtibatçılar İttifaqına ayrılıb.

Emil Hüseynov




27/02/13    Çap et