Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil telefonlar Afrika ölkələrinin heyvandarlığına necə yardımçı olur?


Afrikada mobil telefonlar fermer və baytarların əvəzolunmaz köməkçisinə çevrilib.

Belə ki, mobil telefonlar vasitəsilə heyvanların tutula biləcəyi mümkün epidemiyalar haqqında dərhal xəbərdarlıq göndərmək və onların vaksinlənməsi kampaniyasının keçirilməsini izləmək olar.

“ICTnews.az” elektron xəbər xidməti “www.un.org/russian/news/” saytına istinadən bildirir ki, beş il əvvəl baytarlar ucqar regionlara gedərək məlumatları yazmalı və daha sonra sənədləri hazırlamaq üçün regional ofislərə qayıtmalı idilər.

Hazırda informasiya real vaxt rejimində ötürülür. Bütün məlumatlar layihənin saytında yerləşdirilir.

Emil Hüseynov




02/03/13    Çap et