Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda daxil olan trafikin orta sürəti açıqlanıb


"Ookla" şirkəti "Speedtest.net" xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürəti barəsində növbəti reytinq tərtib edib. Şirkətin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 3,74 Mbit/saniyə təşkil edir.

Xatırladaq ki, ötən ilin dekabrında bu göstərici 3,55 Mbit/saniyə olub. Bakı üzrə bu göstərici 3,95 Mbit/s, Sumqayıt üzrə isə 2,87 Mbit/s təşkil edir. Nəticələr şirkətin 2013-cü il fevralın 1-dən martın 2-dək apardığı eksperimental araşdırmaların əsasında əldə edilib.

Testlərin aparılması üçün 327287 unikal IP ünvanı seçilib. Azərbaycan daxil olan trafik reytinqi üzrə 120-ci yerdə qərarlaşıb. Bu reytinqdə ilk üçlükdə müvafiq olaraq Honqkonq (46.25 Mbit/s), Sinqapur (40.63 Mbit/s) və Andorra (38.39 Mbit/s) qərarlaşıb. Azərbaycanda xaric olan trafikin orta sürəti 1.44 Mbit/saniyə təşkil edir. Xaric olan trafik üzrə reytinqdə Azərbaycan 122-ci yerdə qərarlaşıb.

Bakı üzrə bu göstərici 1,56 Mbit/s, Sumqayıt üzrə isə 0,76 Mbit/s təşkil edir. Bu reytinqdə ilk üçlükdə müvafiq olaraq Andorra (34.19 Mbit/s), Honqkonq (31.04 Mbit/s) və Cənubi Koreya (30.05 Mbit/s) qərarlaşıb.

Emil Hüseynov




04/03/13    Çap et