Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dördnüvəli prosessorla təchiz edilmiş mikrokompüter təqdim olunub


85 dollar qiymətinə təklif edilən "Unuiga U28" mikrokompüteri sifariş üçün əlçatandır. Fləş brelok ölçüsündə olan qurğu dördnüvəli "AllWinner A31" prosessoru ilə təchiz edilib.

"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, mikrokompüterin əməli yaddaşı 2 QB və daxili yaddaşı 8 QB-dır; "MicroSD" kartlar üçün slot mövcuddur.

"802.11b/g/n" dəstəkli "Wi-Fi" simsiz rabitə adapter, monitor və ya televizora qoşulma üçün "HDMI" interfeysi, iki ədəd "Mini USB" portu və bir ədəd "USB" portu var. Qurğunun ölçüləri 140×50×12 millimetr, çəkisi təxminən 60 qramdır. Mikrokompüterə "Android 4.1 Jelly Bean" əməliyyat sistemi quraşdırılıb.

Emil Hüseynov




09/03/13    Çap et