Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qax rayonunun kəndlərində genişzolaqlı internet xidmətlərinin göstərilməsinə başlanılıb


Qax rayonunun 20 kəndində genişzolaqlı internet xidmətlərinin göstərilməsinə başlanılıb. Qax telekommunikasiya qovşağının rəisi Qazı Ömarovun "ICTnews" elektron xəbər xidmətinə verdiyi məlumata görə, vətəndaşların bütün multimedia xidmətlərindən istifadəsi üçün heç bir problem yoxdur.

Qovşaq üzrə montaj tutumu 11060 nömrəyə çatdırılıb. "Elektron hökumət" layihəsi çərçivəsində rayonun bütün İnzibati Ərazi Dairələri üzrə nümayəndəlikləri sürətli internet xidməti ilə təmin edilib. Rayonda hər 100 nəfərə düşən telefon aparatlarının sayı 19.8 ədəd, hər 100 ailəyə düşən telefonların sayı isə 87.8 ədəddir. Rayon üzrə internet abunəçilərinin sayı isə bir ildə iki dəfə artaraq 2018 nəfərə çatıb. Qaxın rabitə şəbəkəsi müasir elektron ATS-lərlə tam təchiz edilib.

Rayonda CDMA tipli simsiz rabitənin tətbiq olunması isə sakinlərin telefon rabitəsinə olan tələbatını tam ödəyir. Kəndlərlə birləşdirici xətlərin optikləşdirilməsi rayonda şəhər və kənd abunəçiləri arasında rəqəmsal fərqi tamamilə aradan qaldırıb.

RƏVAN




11/03/13    Çap et