Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu datçik orqanizmin funksiyalarına nəzarət edəcək


“Toshiba” şirkəti orqanizmin funksiyalarının parametrlərinə nəzarət edən “ağıllı” daşınan datçik hazırlayıb. Artıq orqanizmin əsas göstəricilərinə uzaqdan nəzarət etmək mümkündür.

“ICTnews.az” elektron xəbər xidməti “rnd.cnews.ru” saytına istinadən bildirir ki, yeni datçik 32 bit çiplə təchiz edilib. Bu çip verilənlərin simsiz ötürülməsini həyata keçirir. Onun ölçüləri 14,5x14,5 millimetrə bərabərdir. “Silmee” adlanan datçik orqanizmin fəaliyyəti haqqında məlumatları toplayır: elektrokardioqrama edir, nəbzi ölçür, bədənin hərarətini, hərəkətləri qeydə alır.

Bu məlumatları “Bluetooth” vasitəsilə “ağıllı” telefon və ya planşetə ötürmək mümkündür.

Hazırda bazarda elektron tonometr və ya termometr kimi kifayət qədər yığcam tibbi cihaz mövcuddur. “Silmee” bütün bu cihazların funksiyasını bir yığcam korpusda birləşdirərək yeni tibbi xidmətlərin inkişafına yol açır.

Emil Hüseynov




12/03/13    Çap et