Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın milli domen adlarının stop-vərəqəsi genişləndirilir


Azərbaycanın milli domen adlarının stop-vərəqəsinin genişləndirilməsi üzrə işlərin sürətləndirilməsi gözlənilir.

Azərbaycanın İnformasiya təhlükəsizliyi mərkəzinin rəhbəri və “milli *.az” domeninin administratoru Faiq Fərmanov “ICTnews”-a verdiyi məlumata əsasən, hazırda bu stop-vərəqədə artıq 100-ə yaxın Azərbaycan domeni var.

“Bu stop-vərəqəyə arzuedilməz domen adları ilə yanaşı, Azərbaycanın coğrafi adlarını, ölkənin milli-mədəni və tarixi dəyərlərinin adlarını göstərən domen adları daxildir. Gələcəkdə biz Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun, Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssislərinin iştirakı ilə və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin köməyi ilə bu siyahını genişləndirmək niyyətindəyik. Bu siyahıya coğrafi adlarla yanaşı, onların üçhərfli nişanlarda və ölkənin tarixi şəxsiyyətlərinin adları və soyadları daxildir”, - deyə F. Fərmanov bildirib.

F. Fərmanovun sözlərinə əsasən, bu tədbirlər kiberskvottinqin (cybersquatting — domenlərin gələcəkdə təkrar satış məqsədi ilə qeydiyyatı) qarşısını almaq məqsədi ilə edilir.

Qeyd edək ki, bəzi hallarda müəyyən domen adları gələcəkdə şantaj və pul qoparmaq məqsədi ilə kənar şəxslər tərəfindən qeydiyyatdan keçirilir.

Aynur Vəliyeva




14/03/13    Çap et