Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“.com” domen zonası ad gününü qeyd edir


Bu gün ".com" domen zonası ad gününü qeyd edir. "Symbolics.com" ilk internet-domeni 1985-ci il martın 15-də qeydiyyatdan keçirilib. Həmin il, həmçinin daha 5 domen adı qeydiyyatdan keçirilib.

"Netscape" şirkətinin "Mosaic" brauzerini istifadəyə verməsi internet-adların populyarlaşmasında dönüş nöqtəsi olub. Təxminən 1997-ci ildən etibarən internet-domenlərin qeydiyyatdan keçirilməsində yüksək artım qeydə alınıb.

Həmçinin ".com" domen zonasında qeydiyyatdan keçirilmiş domen adlarının sayı 1 milyonu ötüb.

O vaxtdan etibarən domenlərin sayı yalnız həndəsi silsilə üzrə artır. Nəticədə, 2007-ci il noyabrın 4-də ".com" zonasında dörd hərfli domen adları bitib.

Hazırda ".com" zonasında hər gün təxminən 100 min yeni domen yaradılır ki, bu resurslardan gün ərzində təxminən 90 milyon insan istifadə edir. "Netcraft" analitik şirkətinin məlumatına əsasən, hazırda dünyada 631 milyondan çox sayt fəaliyyət göstərir.

Qeydiyyatdan keçirilmiş 10 ilk domen

15 mart 1985 – “SYMBOLICS.COM”

24 aprel 1985 – “BBN.COM”

24 may 1985 – “THINK.COM”

11 iyul 1985 – “MCC.COM”

30 sentyabr 1985 – “DEC.COM”

07 noyabr 1985 – “NORTHROP.COM”

09 yanvar 1986 – “XEROX.COM”

17 yanvar 1986 – “SRI.COM”

03 mart 1986 – “HP.COM”

05 mart 1986 – “BELLCORE.COM”


Emil Hüseynov




15/03/13    Çap et