Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yoxlamalarla bağlı mobil rabitə üzərində qısa mesaj vasitəsilə məlumatlandırma xidməti təşkil olunub


Yoxlamalar haqqında məlumatların daha asan əldə edilməsi üçün telefonla avtomatlaşdırılmış və mobil rabitə üzərində qısa mesaj vasitəsilə məlumatlandırma xidməti təşkil olunub.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, ölkə başçısı tərəfindən iş adamlarının hüquqlarının qorunması məqsədi ilə yaradılmış Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə 110 mindən artıq yoxlamanın keçirilməsi barədə informasiya verilib, məlumatlar qanunvericiliyə uyğun təqdim olunmadığı üçün 29 mindən artıq yoxlama qeydiyyata alınmayıb.

HƏQİQƏT




16/03/13    Çap et