Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni seçilmiş Roma Papası ilk tvitini dərc edib


Roma katolik kilsəsinin yeni seçilmiş başçısı Françisk ilk tvitini dərc edib. O, dindarlara göstərdikləri dəstəyə görə təşəkkür edib və onun üçün dua etməyi xahiş edib.

“ICTnews.az” elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, 76 yaşlı argentinalı kardinalın tviti bir saat ərzində 10 min dəfə retvit olub və “Twitter”də təxminən 5 min hesab sahibi Papanın tvitini seçilmişlərə əlavə edib ki, bu da internet istifadəçilərinin onu dəstəklədiyini göstərən bariz nümunədir.

Roma Papasının “Twitter” mikrobloqlar xidmətində “@pontifex” ilə işarələnmiş hesabı təxminən 2 milyon oxucuya malikdir.

Emil Hüseynov




18/03/13    Çap et