Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Peşə liseylərinin şagirdləri “Şagird-Məzun sistemi” vasitəsilə imtahan qiymətləri ilə tanış ola bilərlər


Peşə liseylərinin şagirdləri imtahan qiymətləri və yekun qiymətləndirmənin nəticələri ilə “Şagird-Məzun sistemi”ndəki öz səhifələrinə daxil olmaqla tanış ola bilərlər.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet səhifəsində yerləşdirilən elanda deyilir.

Elanda həmçinin qeyd edilir ki, peşə liseylərinin rəhbərləri də “Şagird-Məzun sistemi”nə daxil olmaqla rəhbərlik etdikləri peşə liseyinin buraxılış imtahanının nəticələri ilə siyahı şəklində tanış olmaq imkanına malikdirlər.

Qeyd edək ki, şagirdlər sistemə daxil olmaq üçün iş nömrəsini, TİMS kodunu və ya şəxsiyyəti təsdiq edən sənədin nömrəsini müvafiq sahəyə daxil edib “Daxil ol” düyməsini basmalıdırlar. Məlumatlarında uyğunsuzluq aşkar edən şagird məktəb əlaqələndiricilərinə bu barədə məlumat verməlidir.

CAHANGİR




19/03/13    Çap et