Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hər gün 1.35 milyon “Android”-qurğu aktivləşdirilir


Hər gün aktivləşdirilən “Android”-qurğuların sayı 1,35 milyona çatıb və ümumilikdə aktivləşdirilmiş “Android”-qurğuların sayı 750 milyonu ötüb. Bu barədə “Google” şirkətinin baş direktoru Larri Peyc bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, müqayisə üçün, 2013-cü ilin fevralında “Apple” şirkətinin baş direktoru Tim Kuk deyib ki, dünyada hər saniyə “iOS” platforması ilə işləyən on qurğu satılır və satılmış nüsxələrin ümumi sayı 500 milyonu ötüb.

Emil Hüseynov




19/03/13    Çap et