Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ildə qlobal “LTE” trafik 207% artacaq


“ABI Research” analitik şirkətinin məlumatına görə, 2012-ci ilin sonuna mobil trafikin ümumi həcmi 13412 petabayt olub ki, bu da ötən ilin göstəricisindən 69% çoxdur. Bu halda trafikin 46%-ni “3G” texnologiya ötürülən məlumatlar təşkil edib.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, proqnozlara görə, 2013-cü ildə dünyada “LTE” trafikin həcmi 207% artacağı halda, “3G” texnologiyası vasitəsilə ötürülən məlumatların həcmi yalnız 99% artacaq. “İnkişaf etmiş bazarlarda 4G mobil rabitəsi sürətlə populyarlaşır.

Məsələn, ən böyük operatorlardan biri “Verizon Wireless” qeyd edir ki, onun şəbəkələri üzrə ötürülən ümumi məlumat həcminin 50%-ni “LTE” trafik təşkil edir” – “ABI Research”in elmi işçisi Marina Lu şərh verib.

Emil Hüseynov




19/03/13    Çap et