Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Battlefield 4” internet oyununun yeni versiyasında hadisələr Bakıda cərəyan edir (VİDEO)


Bu gün "Electronics Art" rəsmi olaraq "Battlefield 4" internet oyununun yeni versiyasını təqdim edib. "Joystiq" portalının verdiyi məlumata əsasən, şirkət tərəfindən hadisələri Bakıda baş verən oyunun 2013-cü ilin payız ayında çıxacağı elan olunub.

Dəqiq vaxt isə hələ ki, məlum deyil. Oyunun "Frostbite 3" sistemində hazırlanması realistik qrafika və süni intellekt yaratmağa imkan verir. Oyunun əsas qəhrəmanı "Tombstone" dəstəsinin üzvü Rekerdir. "Battlefield 4" oyununun ilk missiyası Bakıda baş verir.

Baş qəhrəman bura dəstədən olan üç yoldaşıyla (pak, irlandiyalı və serjant Dann) yollanır, hadisələrin hansı süjet üzrə baş verəcəyi hələ məlum deyil.

Hadisələr Rusiya, ABŞ və Çin arasında gedən münaqişələrin fonunda baş verir. "Battlefield 4" oyununda ilk dəfə olaraq qadın personajlarında yer alacağı xəbərləri yayılıb. İlk gameplay-də "Tombstone" dəstəsi tərəfində döyüşən iki qadını görmək mümkündür.



AYNUR




27/03/13    Çap et