Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” şirkətində struktur dəyişikliyi Azərbaycan bazarına necə təsir etdi?


Son zamanlar “Sony” şirkətində bir sıra ciddi struktur dəyişikliyi baş verdi. Belə ki, “Sony” şirkəti uzun müddət tərəfdaşlıq etdiyi “Ericsson” və digər iflasa uğramış şirkətlərlə əməkdaşlığını dayandırdıqdan sonra mobil telefon bazarına sırf yapon markası olan “Sony” brendini tam fərqli və yeni formada öz müştərilərinə təqdim etdi.

Bütün bu müsbət dəyişikliklər özünün ilk təzahürünü yaxın zamanlarda təqdimatı keçirilən “Sony Xperia” modellərində əks etdirib.

Qeyd edək ki, “Sony” markası Azərbaycanda da kifayət qədər populyarlıq qazanıb. “Sony” telefonlarının ölkəmizdəki rəsmi eksklüziv distribüteri olan “Caspian Mobile” şirkəti qısa zaman kəsiyində mobil operatorlardan biri ilə müştərək olaraq öz müştərilərinə “Xperia” telefonlarını pulsuz əldə etmək imkanı yaratdı. İndi kampaniya keçirilən mağazalardan “Sony Xperia” telefonu üçün ödəyəcəyiniz məbləğ 1 il ərzində hər ay sizin balansınıza yüklənəcək.

RƏVAN




27/03/13    Çap et