Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Elektron imza"nı artıq poçt şöbələrindən almaq mümkündür


"Elektron imza"nın alınması ilə bağlı müraciətlər artıq "Azərpoçt" MMC-nin şöbələrində də qəbul olunur.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzindən (MHM) qeyd edilib ki, elektron imzaların verilməsi, həmçinin ərizənin alıcılar tərəfindən təqdim edilməsi və imzanın dəyərinin ödənişindən sonra poçt rabitəsinin şöbələri tərəfindən həyata keçirilir.

"Elektron imza"nın qiyməti onun istifadə müddətindən və istifadəçinin kateqoriyasından asılı olaraq dəyişir.

"Elektron imza"nı Azərbaycanın bütün ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında əldə etmək olar. İmzanın alınması haqqında ətraflı məlumatı e-imza.az elektron ünvanından öyrənmək mümkünür.

HƏQİQƏT




29/03/13    Çap et