Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Cisco" şirkəti 500 iş yerini ixtisar edəcək


"Cisco" şirkəti 500 iş yerini ixtisar edəcək. "Biz biznesin inkişafı ilə əlaqədar investisiya yatırımı üçün ən qabaqcıl sahələri müəyyənləşdirmək üçün vaxtaşırı biznes-strategiyamızı nəzərdən keçiririk", - şirkətin mətbuat katibi Karen Tillman deyib.

"ICTnews.az" elektron xəbər xidməti "rbc.ru" saytına istinadən bildirir ki, "Cisco" şirkətində ixtisar edilmiş əməkdaşların ümumi sayı 8300-ə çatıb.

Ekspertlər qeyd edir ki, bu, şirkətin istehlak bazarından korporativ proqram təminatı və texnoloji avadanlıq bazarına keçidi ilə bağlıdır. "Cisco Systems" dünyada ən iri şəbəkə avadanlığının istehsalçısıdır. Şirkətin əsası 1984-cü ildə qoyulub. Hazırda şirkətdə 63 min insan işləyir.

Emil Hüseynov




30/03/13    Çap et