Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype”-ın “Windows 8” əməliyyat sistemi üçün versiyasında kontaktların bloklanması funksiyası istifadəyə verilib


"Skype"-ın sahibi "Microsoft" korporasiyası öz "VoIP" müştərisinin "Windows 8" əməliyyat sistemi üçün ciddi surətdə yenidən işlənilmiş versiyasını təqdim edib. "Skype 1.6"-da həyata keçirilmiş əsas yeniliklərdən biri arzuedilməz kontaktların bloklanması funksiyasıdır.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "Microsoft" digər yeniliklər sırasında proqramın məhsuldarlığının əhəmiyyətli dərəcədə artmasını qeyd edib. Bundan başqa, əvvəlki nasazlıqlar aradan qaldırılıb.

Emil Hüseynov




01/04/13    Çap et