Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial şəbəkələrdə adminlər irqi, milli, dini ayrı-seçkilik məsələlərində diqqətli olmalıdır


"Azərbaycan bir sıra ölkələrdən fərqli olaraq internet azadlığına tam təminat verib". Bu barədə açıqlamanı YAP icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov verib. Onun sözlərinə görə, bu gün Azərbaycanın istənilən bölgəsində internetə sərbəst giriş var.

Millət vəkili eyni zamanda təəssüf hissilə bildirib ki, "Facebook"a nəzarətlə bağlı qaldırılan məsələ cəmiyyətə düzgün çatdırılmır:

"Söhbət ondan gedir ki, internet azadlığından sui-istifadə hallarına yol verilməsin. Azərbaycan qanunvericiliyində irqi, milli, dini ayrı-seçkilik qadağan edilir və buna görə məsuliyyət də müəyyən edilib. Şəxsiyyətin şərəf və ləyaqətini alçaldan hallar da qadağandır. Bu gün sosial şəbəkələrdə vəziyyət ürəkaçan deyil. Hesab edirəm ki, bu kimi məsələlərə görə nəzarət və məsuliyyət müəyyən olunmalıdır. Bu gün sosial şəbəkələrdə və hansısa saytların şərh bölümlərində sərbəstlikdən sui-istifadə edirlər. Bir də baxırsan ki, ayrı-ayrı insanların karikaturalarını yayırlar, təhqiramiz ifadələr yazırlar. Bu tipli şeylər mətbuat orqanında gedəndə onun məsuliyyətini də həmin qəzet daşıyır. Amma bu məsuliyyət sosial şəbəkələrdə yoxdur. Ona görə də adminlər bu məsələyə görə məsuliyyət daşımalıdır".

RƏVAN




02/04/13    Çap et