Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 5” bu ilin oktyabr ayında çıxacaq


“All Things Digital” internet nəşri öz mənbələrinə istinadən bildirib ki, “iPhone” smartfonunun yeni versiyasının relizi, ehtimal ki, oktyabr ayına qədər ləngiyəcək. Təsdiq edilməmiş məlumatlara əsasən, yeni “iPhone”-nun bazarda sentyabr ayında işıq üzü görəcəyi bildirilirdi. “All ThingsD” mənbələri iddia edib ki, smartfonun hazırlığı ilə bağlı istehsal çətinlikləri onun satışa çıxarılmasını 1 ay ləngidəcək.
Bu məlumatlar, həmçinin Amerika operatoru “AT&T” tərəfindən də təsdiq edilib. Operator mobil salonlarında satıcılarına xəbərdarlıq edib ki, sentyabr ayının sonundan oktyabr ayının ortalarına qədər məzuniyyət götürməsinlər, belə ki, həmin dövrdə “iPhone”-nun çıxışı təyin edilib. Bundan başqa, bir sıra mənbələr iddia edib ki, smartfonun yeni versiyası pərakəndə satışda “iPhone 5” deyil, “iPhone 4S” adlanacaq. Smartfonun yeni versiyası görünüşcə “iPhone 4”-ə oxşayacaq. Həmçinin böyük sensor ekran, “iOS” əməliyyat sisteminin yeni versiyası olacaq.


cybersecurity.ru




02/08/11    Çap et