Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxın günlərdə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş poçt markaları buraxılacaq


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "Azərmarka" şirkəti tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş poçt markaları buraxılacaq.

"İCTnews" elektron xəbər xidmətinə bu barədə şirkətin prezidenti İntiqam Bağırlı məlumat verib. Onun sözlərinə görə, hazırda markaların çapa hazırlanması üzərində iş gedir: "Proses yaxın günlərdə tamamlanacaq. Markaların üzərində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi, həyat və fəaliyyətini əks etdirən təsvirlər yer alacaq".

HƏQİQƏT




03/04/13    Çap et