Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti hesabat verib


Aprelin 26-da "Samsung Electronics" şirkəti 2013-cü ilin birinci rübü üzrə iş fəaliyyətinin maliyyə yekununu açıqlayacaq, lakin Cənubi Koreya istehsalçısı hələ ki ilkin nəticələrlə tanış olmağı təklif edir.

Şirkətin rüblük gəliri ucuz "Galaxy" smartfonlarının satış həcminin artması sayəsində bazarın gözləntilərindən yuxarı olacaq.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, martın 31-də bitmiş üçaylıq dövrdə "Samsung"un əməliyyat mənfəəti 8.7 trilyon Koreya vonu (təxminən 7.7 milyon dollar) olub. Mobil biznes "Samsung"un gəlirinin artmasında katalizator olaraq qalır.

Şirkət martın ortalarında təqdim etdiyi "Galaxy S4" smartfonu vasitəsilə ABŞ-da ən böyük mobil telefon satıcısı adını geri qaytarmağa ümid edir.

Emil Hüseynov




05/04/13    Çap et