Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qlobal şəbəkədə qeydiyyatdan keçmiş domen adlarının sayı 250 milyonu ötüb


“Verisign” domen registratoru tərəfindən dərc edilmiş hesabata əsasən, 2012-ci ildə dünyada qeydiyyatdan keçirilmiş ikinci səviyyəli domen adlarının sayı 250 milyonu ötüb ki, bu da ötən illə müqayisədə 12% çoxdur.

“Verisign Domain Industry Brief”in hesabatına əsasən, yalnız 2013-cü ilin ilk üç ayı ərzində dünyada 6 milyondan çox yeni domen qeydiyyatdan keçirilib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hazırda “.com” domen zonası qeydiyyatların sayına görə mütləq lider sayılır. 2012-ci ilin dördüncü rübündə adıçəkilən domen zonasında 8 milyon yeni domen qeydiyyatdan keçirilib.

Emil Hüseynov




09/04/13    Çap et