Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan informasiya təhlükəsizliyi üzrə iclasda iştirak edəcək


Azərbaycan Regional Rabitə Birliyinin (RRB) informasiya təhlükəsizliyi üzrə komissiyasının iclasında iştirak edəcək.

"ICTnews" xəbər xidmətinin RRB-nin saytına istinadən verdiyi məlumata əsasən, 14-15 may tarixlərində Moskvada keçiriləcək tədbirdə ölkəmizi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri təmsil edəcəklər.

Komissiyanın iclasında MDB ölkələrinin 2015-ci ilədək informasiya cəmiyyətinin inkişafı üzrə əməkdaşlıq strategiyasının icrası, MDB ölkələrinin internet şəbəkəsində etibarlı transsərhəd mühitinin yaradılması, informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə ediləcək.

İclasla paralel olaraq mayın 14-dən 17-dək Moskvada "Svyaz -Exspokom" telekommunikasiya avadanlığı, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri üzrə 25-ci beynəlxalq sərgi keçiriləcək.

Sərgidə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin stendi də fəaliyyət göstərəcək.

Aynur Vəliyeva




09/04/13    Çap et