Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows” və “Mac” üçün yeni “Firefox” dizaynı


“Mozilla” şirkəti “Firefox” səyyahı interfeysinin yeni versiyasının eskizlərini nümayiş etdirib. Maket səyyahın indiki versiyası ilə müqayisədə bir sıra əhəmiyyətli dəyişikliklərdən ibarətdir. “Mozilla” şirkətinin dizayneri Stiven Horlander şəbəkədə “Firefox” səyyahı interfeysinin bir sıra ekran görüntülərini dərc edib.
İnterfeysdə indiki ilə müqayisədə əsas dəyişikliklər arasında axtarış sətrinin yoxluğunu qeyd etmək olar. Əgər indi “Firefox” səyyahında axtarış sətri ünvan sətrinin yanında öz adi yerindədirsə, interfeysin yeni versiyasında o çıxarılıb. Bunun əvəzinə səyyahda uzun bir sahə saxlanılıb. Güman ki bu sahə hər iki funksiyaya (həm veb -sayt ünvanlarının, həm də axtarış sözlərinin daxil edilməsi üçündür) xidmət edir.
Vərəqlərin (tab) forması indiki ilə müqayisədə daha dəyirmi olub. Bütövlükdə, analitiklər qeyd ediblər ki, “Firefox” səyyahı yeni dizaynda əsas rəqiblərindən birinə - “Chrome”-a daha çox oxşamağa başlayıb.


www.cnews.ru




02/08/11    Çap et