Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Texniki Universitetində elmi-praktik seminar keçirilib


Bu gün Azərbaycan Texniki Universitetində (AzTU) "KELLER Soft Ware Symplus proqram-metodiki kompleksin texniki və texnoloji imkanları" mövzusunda elmi-praktik seminar keçirilib.

Universitetdən verilən məlumata görə, tədbirdə universitetin texnoloji və xüsusi texnika kafedrasının müdiri, professor Həsən Hüseynov "Torna revolver dəzgahı üçün idarəedici proqramın avtomatlaşdırılmış hazırlanması və icrası" mövzusunda məruzə edib.

Seminar iştirakçıları, həmçinin "VF-1 emal mərkəzində idarəedici proqramın avtomatlaşdırılmış hazırlanması və icrası" haqqında mühazirə də dinlənilib. Tədbirdə universitetin əməkdaşları ilə yanaşı, Müdafiə Sənayesi Nazirliyinin aparıcı mütəxəssisləri də iştirak edib.

RƏVAN




10/04/13    Çap et