Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype” tələsdi


“Skype” internet telefoniya xidməti avqustun 1-dən 2-nə keçən gecə “iPad” üçün proqramı “App Store” internet mağazasında yerləşdirib və bir qədər sonra isə onu silib.
“Skype” şirkəti öz mikrobloqunda istifadəçilərdən üzr istəyib və bildirib ki, proqram "vaxtından əvvəl" yerləşdirilib, buna görə internet mağazadan silinib. “iPad” üçün “Skype” müştərisinin yenidən “App Store”-da nə vaxt olacağı bildirilmir. Proqramı yükləyə bilən istifadəçilər bildiriblər ki, “iPad” üçün “Skype” proqramı çatda əlaqə saxlamağa, səs və videozənglər etməyə icazə verir. Səs və video əlaqə planşet “3G” və ya “Wi-Fi” şəbəkəsinə qoşulubsa, mümkündür.


lenta.ru




02/08/11    Çap et