Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” və “Apple” ittifaqı möhkəmlənir


"Apple" və "Yahoo!" şirkətləri əməkdaşlığı genişləndirmək üçün danışıqlar aparırlar. "Yahoo!"-nun xidmətlərinin "iPhone" və "iPad" cihazlarında nəzərəçarpan rol oynaması müzakirələrin mövzusu olacaq.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, hazırda "iPhone" cihazlarına "Yahoo!"-nun yalnız maliyyə və hava proqnozu ilə bağlı iki proqramı əvvəlcədən quraşdırılır.

Lakin "Yahoo!"-nun baş direktoru Marissa Mayer "iPhone"-a quraşdırılan tətbiqlərin sayını artırmaq və i-qurğulara daha çox kontent tədarük etmək istəyir. Əməkdaşlığın genişləndirilməsi hər iki şirkətə fayda gətirə bilər.

Bundan əvvəl Marissa Mayer mobil qurğular üçün proqram təminatını əsas prioritet adlandırıb. Sözügedən saziş nəticəsində "Yahoo!" mobil bazarda ən böyük "oyunçu"ya çevrilə bilər.

Emil Hüseynov




11/04/13    Çap et