Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

4 il sonra mobil trafikin həcmi fantastik həddə çatacaq


"Juniper Research" analitik şirkətinin növbəti proqnozuna əsasən, 2017-ci ilədək mobil telefon, smartfon və planşetlər tərəfindən yaradılan trafikin həcmi 90 min petabaytı ötəcək. Ekspertlər izah edir ki, bu, "Blu-ray" formatında 7 milyard film deməkdir.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, araşdırmaya əsasən, sözügedən trafik həcminin yalnız 40%-i mobil şəbəkələrin payına düşəcək, çünki onun böyük bir hissəsi "Wi-Fi" rabitə vasitəsilə ötürüləcək.

Məsələ ondadır ki, "LTE" texnologiyasının sürətli inkişafına baxmayaraq, operatorlar əvvəlki kimi "4G" şəbəkələrinin yükünü azaldan texnologiyalardan istifadəyə məcbur olacaqlar.

Emil Hüseynov




11/04/13    Çap et