Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Texnoloji cəhətdən ən inkişaf etmiş ölkə hansıdır?


Ümumdünya İqtisadi Forumunun ekspertləri informasiya texnologiyalarının inkişafına dair növbəti illik hesabat dərc ediblər. Finlandiya sözügedən reytinqdə ilk dəfə lider olub.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, ilk onluqda, həmçinin Sinqapur, İsveç, Hollandiya, Norveç, İsveçrə, Böyük Britaniya, Danimarka, ABŞ və Tayvan yer alıb. Azərbaycan 56-cı sırada qərarlaşıb. Rusiya 54-cü, Ukrayna 73-cü, Latviya 41-ci, Litva 32-ci sırada yer alıb.

Şəbəkə hazırlığı indeksi 50-dən çox parametr üzrə təyin edilir.

Emil Hüseynov




11/04/13    Çap et