Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” və “iOS” üçün “Microsoft Office” 2014-cü ilin payızında təqdim ediləcək


“Android” və “iOS” əməliyyat sistemləri üçün “Microsoft Office” mobil versiyaları hazırda tərtibat prosesindədir, amma istifadəçilərə azından daha bir il lazımdır ki, yeni məhsullar əlçatımlı olsunlar.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Office”-in mobil versiyaları “Gemini” kod adı ilə tanınan qlobal məhsullar ailəsinə daxil olacaq. Məhz “Gemini” çərçivəsində korporasiya “Office”-in gələcək versiyalarını inkişaf etdirmək niyyətindədir. “Microsoft”un məlumatına əsasən, “Microsoft Office”-də “iOS/Android”in dəstəklənməsini, ən yaxşı halda, 2014-cü ilin payızında gözləmək olar. “Microsoft”da ilk dəfə mobil ofis haqda qeyri-rəsmi olaraq ilyarım öncə danışılıb və onun bu ilin mart ayında “iOS” üçün, mayda isə “Android” üçün istifadəyə veriləcəyi güman edilib.

“Microsoft”un özü bu məlumatları şərh etməyib, qeyri-rəsmi mənbələr mütəmadi olaraq təsdiq ediblər ki, “Windows Phone”, “iOS” və “Android” üçün “Office” üzərində iş aparılır. Bu il stolüstü ofis paketi üçün, azından bir əhəmiyyətli yenilənməni gözləmək olar.

Burada “Windows 8” və “Windows RT” üçün “Word”, “Excel”, “PowerPoint” və “OneNote” ofis əlavələrinin yenilənməsi gözlənilir.

Aynur Vəliyeva




11/04/13    Çap et