Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google+” xidməti 1 ay ərzində 25 milyon istifadəçi cəlb edə bilib


“ComScore” şirkətinin monitorinq məlumatlarına əsasən, bir ay əvvəl istifadəyə verilmiş yeni “Google+” sosial xidməti işlədiyi 1 ay ərzində təxminən 25 milyon istifadəçi cəlb edə bilib. Bu göstərici isə “Facebook” və “MySpace” göstəricilərini əhəmiyyətli dərəcədə ötür. Qeyd edək ki, burda söhbət qeyd olunan sosial şəbəkələrin bazarda fəaliyyətə başladıqları vaxtdan gedir. Monitorinq məlumatına görə, “Google+” ABŞ-dan 6,44 milyon istifadəçi cəlb edib, bu isə xidmət üçün hal-hazırda ən böyük bazar deməkdir.
“ComScore” şirkətinin sənaye analizi üzrə vitse-prezidenti Endryu Lipsman bildirib ki, ölkələr arasında məşhurluq üzrə ikinci yerdə Hindistan olub. Bu ölkədə “Google+” xidmətindən 3,62 milyon insan istifadə edir. Hesabatda qeyd edilib ki, bu göstəriciyə mobil telefondan daxilolmalar aid edilmir. Məlumat üçün qeyd edək ki, “Google+” sosial xidməti iyun ayının 28-də istifadəyə verilib. “Google+” platforması istifadəçilərə bir-biri ilə ünsiyyət saxlamağa, öz səhifələrini dəstəkləməyə və qruplar yaratmağa icazə verir. “Google+” ilk həftə ərzində təxminən 5 milyon istifadəçi cəlb etmişdi.


cybersecurity.ru




03/08/11    Çap et