Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkətinin əməkdaşları rəqib şirkətlərə keçir


Silikon Vadisinin ekspertləri Amerikanın "Apple" korporasiyasının əməkdaşlarının digər şirkətlərə nəzərəçarpacaq axınını qeyd edirlər.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Mercury News" nəşrinin məlumatına əsasən, yeni rəhbərliyin gəlişi ilə əlaqədar "Apple" korporasiyasının daxili siyasətində bir çox dəyişikliklər baş verib.

"Korporasiya rəhbərliyinə qarşı narazılıq səviyyəsinin artması qeydə alınır" – analitik Con Qruber deyir. Qruber bazarda daha yüksək əməkhaqqı təkliflərinin mövcudluğunu və şirkətin ümumi siyasətindən narazılığı buna səbəb kimi göstərib. "Axın ilk növbədə ən qiymətli kadrlara aiddir və bu, şirkətin inkişafı üçün təhlükəli tendensiya sayılır" – o deyib.

Emil Hüseynov




16/04/13    Çap et