Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Türkpedia” yaradılacaq


Dünya üzrə bütün məlumatların toplandığı “Vikipedia”ya oxşar “Türkpedia” internet saytı yaradılacaq. Bu barədə Türk Tarix Qurumunun sədri Mətin Hülagü məlumat verib.

Onun sözlərinə görə, burada türk tarixi, mədəniyyəti ilə bağlı məlumatlar toplanacaq, arxiv formalaşdırılacaq. “Türkpedia”da alimlərin elmi yazıları da yerləşdiriləcək. Məlumatların doğru olması üçün “Türkpedia”da yerləşdiriləcək yazılara ciddi nəzarət olacaq və onlar yoxlanılacaq.

Mətin Hülagü bildirib ki, "dünyanın hər yerində türkün olduğu yer bizi maraqlandırır. Türklərin yaşadığı bütün ölkələrin tarixini, xüsusən də türk Cümhuriyyətlərinin tarixini öyrənmək istəyirik. Böyük bir Türk Dünyası var. Ona görə də Türk Tarixçiləri Birliyi yaratmaq fikrindəyik. Ortaq türk tarixini yazmaq istəyirik.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu bu sahədə Türkiyə ilə əməkdaşlığa hazırdır. Habelə Türk Dünyası "Tarix TV" televiziya kanalının yaradılması barədə də təkliflər var. "Tarix TV"-də bütün türk xalqlarının filmlərini, musiqisini yayımlamaq olar.

RƏVAN




16/04/13    Çap et