Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Reallıq eynəyinin satışlarına başlandı


"Google" şirkəti reallıq eynəyinin satışlarına başlayıb. Adıçəkilən şirkət 2 min qurğudan ibarət ilk partiyanı 1500 dollar qiymətinə satmağa hazırdır. Şirkətdən verilən məlumata əsasən, bu gündən qurğunu sifariş etmək olar.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, reallıq eynəyi vasitəsilə onların sahibləri video çəkə, tərcüməçidən istifadə edə, mesaj göndərə və videokonfranslar təşkil edə bilər. Eynəklər "Bluetooth" və "Wi-Fi" modulları ilə təchiz edilib.

Onlar vasitəsilə faylı smartfon üzərindən göndərmək mümkündür.

Silikon Vadisi analitiklərinin məlumatına əsasən, "Google" sözügedən eynəklərin üzərində təkmilləşdirmə işləri aparmalıdır, çünki cari model heç də ürəkaçan deyil: verilənlərin ötürülmə sürəti son dərəcə aşağıdır, səs əmrləri yaxşı yerinə yetirilmir. İnternet nəhəngi öz yeni məhsulunu hər ay təkmilləşdirməyə söz verir.

Emil Hüseynov




16/04/13    Çap et