Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Firefox”əməliyyat sisteminin çıxarılma tarixi açıqlanıb


“Mozilla” şirkəti tərəfindən hazırlanan “Firefox” mobil əməliyyat sistemi 2013-cü ilin iyununda bazara çıxarılacaq. Bu barədə “D: Dive Into Mobile” konfransının açılışı zamanı “Mozilla” şirkətinin direktoru Qeri Kovaç deyib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Firefox” mobil əməliyyat sistemi ilə işləyən aparatlar ilk dəfə Braziliya, Venesuela, İspaniya, Polşa və Portuqaliyada çıxarılacaq. İlin sonuna kimi ölkələrin sayı 11-ə çatacaq.

Xatırladaq ki, “Firefox” mobil əməliyyat sistemi “Linux” nüvəsinə əsaslanır. Adıçəkilən əməliyyat sistemi ilə işləyən ilk smartfonları “Alcatael”, “Huawei” və “ZTE” şirkətləri istehsal edəcək.

Emil Hüseynov




16/04/13    Çap et