Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Google” artırılmış reallıq eynəyinin xüsusiyyətləri açıqlanıb


"Google" şirkəti "Glass Explorer Edition" adlanan reallıq eynəyinin xüsusiyyətlərini dərc edib. Şirkət bildirib ki, eynəyin çərçivəsi istənilən üzə uyğun gələcək.

Eynəyin displeyinin təsvir ölçüsü 640x360 nöqtə təşkil edir. Ekran gözə çox yaxın yerləşdiyinə görə istifadəçi onu 2.4 metr məsafədə yerləşən 25 düymlü displey kimi qəbul edir.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, eynəyə 5 meqapikselli kamera quraşdırılıb: 720p təsvir ölçüsündə video çəkmək mümkündür. "Google Glass" adlanan artırılmış reallıq eynəyi 16 QB daxili yaddaşa malikdir; 12 QB istifadəçi üçün əlçatandır.

Qurğu "Wi-Fi 802.11b/g" və "Bluetooth" modullarına malikdir. "Google Glass" eynəyini kompüterə qoşmaq və ona enerji doldurmaq üçün "Micro-USB" konnektorundan istifadə olunur.

Şirkətdən verilən məlumata əsasən, batareya 1 günlük istifadəyə çatacaq, lakin xəbərdarlıq edir ki, video çatda ünsiyyət zamanı akkumulyatorun enerjisi sürətlə azala bilər. "Google Glass" "Bluetooth" moduluna malik istənilən telefonla işləyə bilir. Eynəyin kütləvi istifadəçi üçün versiyası 2013-cü ilin sonunda çıxarılmalıdır.

Emil Hüseynov




16/04/13    Çap et