Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” sosial şəbəkəsində "hamilə" statusu əlavə edilib


“Facebook” sosial şəbəkəsi istifadəçilərə öz profilində uşaq gözlədiklərini göstərmək imkanı verib. Bu barədə “İnside Facebook” bloqunda bildirilib. Sosial şəbəkədə "Будущий член семьи" sahəsi əlavə edilib. Həmin sahədə istifadəçilər öz uşağının təxmini doğum tarixini və istəkdən asılı olaraq onun adını qeyd edə bilərlər.Hal-hazırda təvəllüd kimi yalnız 2011 və 2012-ci ili seçmək olar. Qohum münasibətlərinin yeni statusu iyul ayının sonunda daxil edilib.


lenta.ru




03/08/11    Çap et