Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” şirkəti “iPhone” smartfonları üçün tətbiqini yeniləyib


"Facebook" şirkəti "Apple" şirkətinin "iPhone" və "iPad" cihazları üçün tətbiqini yeniləyib.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, əsas yenilik çatın funksiyalarının təkmilləşdirilməsi olub.

Artıq "Apple" məhsulundan istifadə edənlər eyni anda digər tətbiqlərlə işləyə, həm də sosial şəbəkədəki dostlarına mesaj göndərə bilərlər. Yeniləməni "App Store" internet mağazasından yükləmək olar.

Emil Hüseynov




17/04/13    Çap et